Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Məlumata görə, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.