İndiyədək peşə məktəblərində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə təqaüd ödənilirdi. 2021-2022-ci tədris ilindən başlayaraq isə təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaq.
Pravda.az-ın məlumatına görə, bu fikirləri təhsil nazirinin müavini İdris İsayev bildirib.
Nazir müavini deyib ki, akademik göstəriciləri "3"-''5" arasında dəyişən, yüksək texniki peşə təhsili səviyyəsində 51 - 100 bal olan tələbələrə 50 manat məbləğində aylıq sadə təqaüd ödəniləcək. Daha yaxşı oxuyan tələbələrin təqaüdləri də yüksək olacaq.