BURADA REKLAMINIZ OLA
BİLƏR

BŞBPİ Ərzulla Buludlu və Rəbiyyə Məmmədova ilə bağlı məlumat yaydı

“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsassızdır”.

 

Pravda.az-ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib: "Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb".

 

Qeyd edək ki, dünən 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib. DİN-dən verilən məlumata görə, əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib: "Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb".

Tarix: 12 Fevral 2020, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin