BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Ağazadə: “Razi Nurullayevin Xanhüseyn Kazımlını əvəz etməsi nəyi dəyişir ki?"

“Cəmiyyətdə iki münasibət var idi: İnqilamı, seçkimi? Bir qisim deyirdi ki, bu hakimiyyət seçki keçirməyəcək, inqilab etmək lazımdır. Seçkiyə qatılan əksər partiyalar isə deyirdi ki, yox, hər şey seçki ilə, inqilabsız, sivil olmalıdır. Hakimiyyət isə inqilab ritorikasını gücləndirən mövqeyi dəstəklədi. Hakimiyyət seçkiyə qatılan və qalib olan heç kəsi parlamentə buraxmır. Yanlışlıq da buradan başladı...”

 

Pravda.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş İqbal Ağazadə deyib.

 

“Parlamentdə siyasi institutların palitrasına baxaq, biri çıxır, biri gəlir. Tutaq ki, Razi Nurullayev gəlib, partiyası qeydiyyatdan keçməyib, cəmiyyət qəbul etmir. AXCP adlı partiyanın sədri Əli Kərimlidir. Bu, kiminsə şəxsinə münasibət deyil, siyasi instituta münasibətdən söhbət gedir. Mən də Razi Nurullayevi AXCP sədri kimi qəbul edə bilmirəm, başqaları bu cür... Razi Nurullayevin XanHüseyn Kazımlının partiyasını əvəz etməsi nəyi dəyişir ki? Milli Məcisdə hansı müxalifət partiyası var ki? 2010-cu ildə Ümid Partiyası Milli Məclisdə təmsil olunurdu, ABŞ Dövlət Departamenti də bununla bağlı bəyanat vermişdir. Parlamnetin siyasi palitrası dəyişməyibsə, kiminlə danışacaqlar?”- İ.Ağazadə qeyd edib.BBC

Tarix: 12 Fevral 2020, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin