BURADA REKLAMINIZ OLA
BİLƏR

Erkin Qədirli: “Nəticələr ləğv olunarsa, qalan səslərlə yenə də udmuş sayılaram”

"Bu səhər ATƏT-in uzunmüddətli müşahidəçilərilə görüşdüm.Hər şeyi onlara dedim və göstərdim. MSK-ya şikayətimin nüsxəsini də onlara verdim. Bu arada, şikayət etdiyim və nəticələrinin ləğv olunmasını xahiş etdiyim məntəqələrin sayı 5-dən 8-ə yüksəldi. Müşahidəçilərimizin aktlarını, aldığım səslərin gerçək sayı ilə MSK-nın elan etdiyi səslər arasında fərqi, eləcə də başqa sübutları şikayətimə əlavə etdim”.

 

Pravda.az-ın xəbərinə görə, bunu 16 saylı Yasamal ikinci seçki dairəsindən lider namizəd Erkin Qədirli deyib.

 

“Bu məntəqələrin nəticələri ləğv olunarsa, yerdə qalan səslərlə mən yenə də udmuş sayılaram. Qanuna görə, məntəqələri 2/5-in nəticələri ləğv olunarsa, dairənin nəticələri ləğv olunmalıdır. Mənim dairəmdə məntəqələrin 2/5-in sayı 12-dir. Mən 8 məntəqədən şikayət edirəm. Orada, səsverməyə gəlmiş seçicilərin sayını artırmaq üçün, hamının səsini artırıblar. Mən o məntəqələri onsuz da udmuşam, amma şişirdilmiş rəqəmləri qəbul edəsi deyiləm”.

 

Tarix: 12 Fevral 2020, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin