BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Putinə burun peyvəndi vuruldu

“Rusiya Prezidenti Vladimir Putinin öz üzərində sınaqdan keçirdiyi koronavirusa qarşı burun peyvəndi maye şəklində olub”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Peskovun sözlərinə görə, Putin “Sputnik Light” peyvəndi ilə revaksinasiyadan bir gün sonra burun peyvəndindən istifadə edib: "Heç bir əlavə təsiri olmayıb. Prosedurdan sonra dövlət başçısının temperaturu da olmayıb”.

 

Qeyd edək ki, bundan əvvəl Putin hökumət üzvləri ilə görüşü zamanı koronavirusa qarşı burun peyvəndini toz şəklində sınaqdan keçirdiyini bildirmişdi.

Tarix: 25 Noyabr 2021, 00:25   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin