BURADA REKLAMINIZ OLA
BİLƏR

"Biz işimizi layiqincə görüb, möhtəşəm qələbəmizi qazanmışıq" - Rauf Arifoğlu

"Biz işimizi layiqincə görüb, möhtəşəm qələbəmizi qazanmışıq! Mən hazırda Milli Məclisin ilk iclaslarına hazırlaşıram".

Pravda.az-ın xəbərinə görə, bunu 35 saylı Xətai üçüncü seçki dairəsindən lider namizəd elan edilən Rauf Arifoğlu deyib.

"Uduzanların həşir və hiddətlərinə çox da önəm verməyin: zatən, prosedura görə şikayət dönəmi! Allah hər zaman bizə qələbə, rəqiblərimizə şikayət nəsib etsin!" - R.Arifoğlu qeyd edib.

Qeyd: R.Arifoğlunun əsas rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadə olub.

Tarix: 13 Fevral 2020, 00:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin