Bərəkət, şans və bolluq planeti olan Yupiter 2022-ci ildə balıq bürcündə bir illik səyahətə başlayır. Bu baxımdan, bürclərin şanslı olduğu sahələr də dəyişəcək.
2022-ci ilin hansı bürcə şans gətirəcəyi ilə bağlı yazını təqdim edirik.
Qoç bürcü – 2022-ci ildə yeni istedadlarınızı kəşf edəcəksiniz. Sözügedən ili 2023-cü ilə hazırlıq dövrü kimi qiymətləndirə bilərsiniz. Bu il çox meditasiya etməli və ürək səsinizə qulaq asmalısınız. Eyni zamanda xəyallarınıza adaptasiya olmalı və kiçik addımlar atmalısınız. Sonuncu dəfə nə vaxt belə bir il yaşadığınızı anlamaq üçün 12 il geriyə dönüb baxmaq lazımdır.
Buğa bürcü – 2022-ci il arzularınıza doğru addım atmaq üçün düzgün zamandır. Əsla "mən xəyal qurmuram” deməyin, çünki belə uğurlu il qarşınıza 12 ildən sonra çıxacaq. İzdihama qarışmamalı və xəyallarınız üçün kiçik də olsa, addımlar atmalısınız. Həyatın sizi necə dəstəklədiyinə inanmayacaqsınız.
Əkizlər bürcü – karyeranız mövzusunda son 12 ilin ən şanslı dövrünə girirsiniz. "Yoruldum, sıxıldım, imtina edirəm” deməyin. 2022-də bu istiqamətdə nə etmək istəyirsinizsə, edin.
Xərçəng bürcü – 2022-ci ildə xaricdə yaşamaq, akademik karyera qurmaq, bol-bol səyahət etmək istəyənlər, gözlədikləri dəstəyi alacaqlar. Bu sahədə olduqca şanslı və bərəkətli olacaqlar. Kitab yazmaq, nəşriyyatla bağlı xəyalları olanlar qabaqlarına çıxan fürsətləri mütləq dəyərləndirsinlər.
Şir bürcü – 2022-ci ildə investisiyalarınızın nəticəsini görəcəksiniz. Əgər məhkəmə iddiaları varsa, onlar sona çata bilər və ya yaxşı kredit imkanları əldə etməyiniz mümkündür. Vərəsəlik kimi məsələlər gündəminizdə olacaq. Bu ildə dəyişiklikdən qorxmamalı, buna açıq olmalısınız. Sizin üçün məhsuldar il olacaq.
Qız bürcü – Evlilik mövzusunda ən şanslı olduğunuz il olacaq. 12 illik gözləntilərinizin qarşılığını görə biləcəksiniz. İşi-gücü atıb ətrafınıza yaxşıca baxmalısınız. Sərgilərə, dəvətlərə, konsertlərə getməli, sosiallaşmalı, fürsətləri əldən verməməlisiniz. 2022 evlilik ili ola bilər. Evli olan qız bürcləri isə, münasibətlərindəki bütün problemləri həll edəcəklər.