“Yeni növ koronavirus (COVID-19) mutasiyaya meyillidir. Pandemiya dövründə artıq çoxsaylı mutasiyaların şahidi olmuşuq. Son mutant ştamm isə "omicrom"dur. Bu ştam Yunan əlifbasının 15-ci hərfi ilə adlandırılıb və əsas xüsusiyyəti əvvəlki mutant ştamlarla müqayisədə yoluxduruculuq qabiliyyətinin yüksək olmasıdır. Yoluxduruculuq qabiliyyətinin yüksək olmasına görə, bütün ölkələrdə həyəcan təbili çalınır. Bu ştamm yayılmağa Cənubi Afrikadan başlayıb. Bir çox ölkələr, o cümlədən Avropa ölkələri Amerika və Cənubi Afrika ölkələrindən insanların gediş-gəlişinə məhdudiyyət qoyub. Buna baxmayaraq, son məlumata görə, dünən Almaniyada da "omicron" ştamı aşkarlanıb. Mövcud variantın yayılma qabiliyyətinin daha yüksək olduğunu nəzərə alaraq, həmin ştammın tez bir zamanda bütün ölkələrə, eləcə də Azərbaycana yayılacağı istisna edilmir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.