Rusiyanın tanınmış rejissoru, SSRİ Xalq artisti Vladimir Naumov vəfat edib.
Pravda.az xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib ki, SSRİ xalq artisti, “Tehran-43”, “Qaçış” və digər filmlərin rejissoru V. Naumov bu gün 93 yaşında dünyasını dəyişib.
V.Naumov 1927-ci ildə Leninqradda anadan olub. 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.