Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.
Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:
“Ümumilikdə məntqələrin sayı isə 40-dır”
İclasda həmin dairənin 21 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.Report