Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən verilən xəbərə görə, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə test imtahanı 23 yanvar 2022-ci il tarixində keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.