Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn konfransda rejissor Aleksandr Sokurovla Rusiya haqqında söylədiyi fikirlərə görə mübahisə edib.
Pravda.az xəbər verir ki, kinorejissor çıxışı zamanı ölkənin siyasi həyatının bütün aspektlərinə toxunub. O qeyd edib ki, Rusiya əslində bir neçə ölkəni, məsələn, Suriya və Belarusu ehtiva edir. Sokurov Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəst çıxış verməyi təklif edib. O, güc strukturlarının “siyasiləşməsini” xatırladıb, ölkədə siyasi işlərin dayandırılmasının vacibliyindən danışıb.