Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror cinayət işində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Fərhad Mollazadə və Səlim Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar.