Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Bəlkə atom bombasını gətirmişəm, cibimdədir?” - Razi Nurullayev

1 417
Paylaş:
“Bəlkə atom bombasını gətirmişəm, cibimdədir?” -   Razi Nurullayev

“Səsvermə günü məlumat aldım ki, qalib olmuşam, gecə saat 3-də televizora baxa-baxa qalibiyyət hissi ilə yuxuya getdim. Saat 8-ə işləmiş yuxudan qaldırdılar. Çox yorğun idim. Seçki çox gəgin oldu, deyərdim ki, belə seçkilər az-az olur. Deputatlığa namizədlər üçün şərait yaradılmışdı, hər kəs kampaniyasını aparıb seçilmək istəyirdi. Çox maraqlı marafon oldu”.

Pravda.az-ın xəbərinə görə, bunu 79 saylı İmiş seçki dairəsindən lider namizəd Razi Nurullayev deyib.

R.Nurullayev İmişlidə ona qarşı olanları da təxribat adlandırıb: “İmişlidə mənə etiraz edilməsi ilə bağlı yayılan görüntülər təxtibat xarakterli idi. Belə bir şey olmayıb. Bir qrup insanın təxribatı idi”.

O, Pakistandan atom bombası gətirəcəyi ilə bağlı suala zarafatla cavab verib: “Bəlkə atom bombasını gətirmişəm, cibimdədir? Məni onu işlətmək məcburiyyətində qoymayasınız...”

Paylaş:

Ən son xəbərlər