Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü ağır xəstə olan Zenfira Musayevaya ona qulluq edən şəxs tərəfindən zorakılıq edilməsini əks etdirən videogörüntülər və məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bununla bağlı qeyd edirik ki, Pirallahı rayon prokurorluğunda qeyd edilən faktla bağlı aparılmış araşdırmalarla ağır xəstə olan Zenfira Musayevanın baxıcısı Sona Axundova tərəfindən mütəmadi olaraq döyülməklə və sair zorakı hərəkətlərlə əzab verilməklə çoxsaylı bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.