Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Maaş artımı dövlətin vətəndaşa göstərdiyi diqqət və qayğıdır” - RƏY

992
Paylaş:
“Maaş artımı dövlətin vətəndaşa göstərdiyi diqqət və qayğıdır” -         RƏY

“Əmək haqqılarının artırılması Prezident İlham Əliyevin Azərbaycan xalqına, ayrı-ayrı dövlət qurumlarında çalışan vətəndaşlara qarşı olan növbəti diqqət və qayğısıdır. Ölkədə müəyən sahələrdə baş verən qiymət artımı ilə bağlı bir müddətdir ki, geniş müzakirələr aparılırdı. Bu sərəncamın imzalanması belə həssas məqamda cənab Prezident tərəfindən atılan növbəti uğurlu addımdır. Sərəncam bir çox kateqoriyalara aid olan vətəndaşları - həm müəllimləri, həm də ayrı-ayrı qurumlarda çalışanları əhatə edir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin əmək haqqılarının artırılması ilə bağlı imzaladığı sərəncamlar barədə danışarkən deyib.

Deputat bildirib ki, burada ən önəmlilərdən biri maaşların aşağı olduğu bir sıra sahələrdə əmək haqqılarının artırılmasıdır: “Həmin sahələrdə artım özünü daha geniş formada göstərir. Hesab edirəm ki, ən əhəmiyyətli sahələrdən biri elə təhsil sistemi, müəllimlərin maaşının artırılması ilə bağlıdir. Nəzərə almaq lazımdır ki, bu gün təhsil bizim üçün olduqca önəmlidir, çünki hər bir ölkənin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına verilən ciddi töhfədir. Cənab Prezident ötən il işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq və abadlıq işlərinin aparılmasına baxmayaraq, vətəndaşları yenə də unutmadı. Sübut olundu ki, vətəndaşlar daim diqqətdə saxlanılır və maaşları artırılır. Hesab edirəm ki, hər bir vətəndaş bunu yüksək qiymətləndirməlidir. Bu, dövlətin vətəndaşına verdiyi diqqət və qayğının göstəricisidir. Həmçinin nəticədə, Azərbaycanda dövlətə olan inam və etimad daha da möhkəmlənəcək. Bizim qarşımızda duran ən böyük məsuliyyət isə ölkə rəhbərinin ərtafında daha sıx birləşmək, qələbəmizi və müstəqilliyimizi möhkəmləndirməkdir”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər