Tovuz rayon Polis Şöbəsinə cari ilin aprel ayında rayonun Əyyublu kənd sakininə məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qeyr-qanuni yolla daxil olaraq oradan nağd pul və külli miqdarda qızıl-zinət əşyaların oğurlaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri- Nemət Abbaso, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.