Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Məzahir Pənahov polisə müraciət etdi

1 098
Paylaş:
Məzahir Pənahov polisə müraciət etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Pravda.az-ın xəbərinə görə, iclasda çıxış edən Məzahir Pənahov MSK qarşısında etiraz edən namizədlərdən danışıb.

Məzahir Pənahov bildirib ki, namizədlər özləri MSK-ya daxil olmurlar:

“ATƏT-in hesabatında görürsüz ki, bizim haqqımızda kifayət qədər şəffaf fəaliyyət göstədiyimiz qeyd olunub. Biz həm də beynəlxalq qurumların nəzarəti altında fəaliyyət göstəririk. MSK-nın fəaliyyətində hər hansı pozuntu olsaydı, indi dünyaya car çəkmişdilər. Çöldə qalan namizədləri biz orda qalmağa məcbur etmirik. Onları dəfələrlə dəvət etsək də, görüşə gəlmədilər. Ola bilsin, təxribat törətmək məqsədi ilə bu addımı atırlar. Onlara hazırda polis toxunmur, amma bizim şöbə müdirini çöldə saxlayıb iclasa buraxmırsa, biz məcbur polisə müraciət etməli olacağıq və polis lazımı tədbir görəcək. Bu hərəkətlər təsadüfi deyil, sabotaja oxşayır”.Qafqazinfo

Paylaş:

Ən son xəbərlər