Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov komadadır, zondla qidalanır.
İsgəndər Həmidovla bağlı həkimdən AÇIQLAMA
Pravda.az-ın xəbərinə görə, bu barədə həkim Adil Qeybulla məlumat yayıb.
Həkimin sözlərinə görə, İ.Həmidovun vəziyyəti stabil ağır olaraq qalır: “Dünən “City Hospital”ın və Türkiyədən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərinin (qan təzyiqi, nəbz), tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beynin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi. Hal-hazırda vəziyyəti stabil ağır olaraq qalır, koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır”.