Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Stimullaşdırıcı lotereyaları reklam edənlər 50 min manat cərimə ediləcək

848
Paylaş:
Stimullaşdırıcı lotereyaları reklam edənlər 50 min manat cərimə ediləcək

Bu gündən Azərbaycanda stimullaşdırıcı lotereyaları reklam edənlər 50 min manat cərimə ediləcək.

Pravda.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimələnəcək.

Paylaş:

Ən son xəbərlər