Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Tanınmış vəkil: "ReAl Partiyaya olan etimada günah və yazıq oldu"

1 398
Paylaş:
Tanınmış vəkil: "ReAl Partiyaya olan etimada günah və yazıq oldu"

"ReAl Partiyanın 125 mandatlıq xalq reputasiyasını, razılaşdırılmış bir mandat yerlə bir etdi. Orda xeyli dostlarım var, fərdən özünüzə götürməyin və məndən inciməyin, sizlər dəyərlisiniz mənimçün, çünki mən Sizi partiyaya görə deyil, özünüzə görə tanımışam və özünüzə görə hörmət edirəm. Artıq ora deputat göndərməsəniz də, heç nə əvvəlki tək olmayacaq. Min dəfə rebrendinq də olsanız, xeyri yoxdur".


Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aqil Layıc deyib.


A.Layıc qeyd edib ki, siyasət səmimiyyət tələb edir, insanlara bu lazımdır: "Sizə olunan etimada günah və yazıq oldu! Putinə ənənəvi media hesabatında bir uşaq sual verir. Ərdoğan batsa, əlini uzadarsan!? Putin deyir ki, əgər bir adam özünə batmağı məqam seçibsə, mənim əlim ona heç nə kömək edə bilməyəcək!


ReAla bundan sonra heç nə kömək edə bilməyəcək. Elə indiki kimi dağılmaları yaxşıdır!

Heç bir şey ReAla bu qədər zərər vura bilməzdi. Artıq xilaskar obrazı yerin altına getdi!".

Paylaş:

Ən son xəbərlər