Qazaxıstanda nazirlər, bölgə rəhbərləri və millət vəkillərinin əməkhaqqı artımı 5 il müddətinə dondurulur.
Pravda.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentində çıxışı zamanı bildirib.
Tokayev qeyd edib ki, sözügedən şəxslərin maaşlarının kifayət qədər olduğunu hesab edir.
Prezident Milli Banka təngənin sabitliyini təmin etməyi və ölkədən əsassız çıxarılan vəsaitlərin yoxlanışını həyata keçirməyi tapşırıb.