Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə KTMT-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb.

Qərarı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirləri imzalayıb.

Kontingentin çıxarılması prosesinin sabah başlayacağı və yanvarın 19-da Qazaxıstandan tam çıxarılacağı vurğulanıb.