BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmazda oğul anasını baltaladı

Xaçmazda oğul 66 yaşlı anasını baltalayıb.

Pravda.az-ın məlumatına görə, rayonun Əzizli kənd sakini Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.

F.Sultanovanın ailə münaqişəsi zəminində oğlu tərəfindən baltalandığı deyilir.

Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report

Tarix: 13 Yanvar 2022, 19:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin