BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstanda etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlandı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayını açıqlayıb.

Pravda.az-ın xəbərinə görə, Qazaxıstan Prezidenti bu barədə "Twitter" səhifəsində məlumat verib.

O bildirib ki, aksiyalarda və ondan sonra elan olunan fövqəladə vəziyyət zamanı müxtəlif qanun pozuntularına görə 2 minə yaxın insan saxlanılıb.

“Ağır cinayət törətmiş şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaqlar. Digər şəxslərin təqsirinin dərəcəsini müəyyənləşdirmək barədə Baş Prokurorluğa göstəriş verilib. Ağırlaşdırıcı hallar olmadıqda, cəzanı yüngülləşdirmək üçün tədbirlər görüləcək”, - Qazaxıstan Prezidenti Tokayev bildirib.

Tarix: 14 Yanvar 2022, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin