BURADA REKLAMINIZ OLA
BİLƏR

Blinken və Borrell Rusiyanın Ukraynaya təcavüz edəcəyi halda görüləcək tədbirləri müzakirə etdilər

ABŞ Dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell şənbə günü telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

Pravda.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ diplomatiyasının rəhbəri Rusiyanın təcavüzü halında ciddi tədbirlər görüləcəyi barədə fikri təsdiqləyib.

“Tərəflər Ukraynada və onun ətrafında davam edən vəziyyətdən dərin narahatlıqlarını ifadə ediblər. Bununla bağlı Rusiya ordusuna cavab olaraq NATO müttəfiqləri və avropalı tərəfdaşları ilə yaxın koordinasiyanın əlaqəli şəkildə qurulmasını müzakirə ediblər. Blinken Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün sürətli və ciddi nəticələrə gətirib çıxaracağını təsdiqləyib”, - deyə məlumatda bildirilib.





Tarix: 15 Yanvar 2022, 23:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin