“Ciddi qan parçalanması, dərin anemiya yoxdursa, rahatlıqla bütün peyvəndlər vurula bilər”.
Dərin anemiyası olmayan uşaqlara peyvənd vurula bilər - Səhiyyə Nazirliyi
Pravda.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov “Uşaqlarda qanazlığı” mövzusunda çıxışında deyib. O bildirib ki, çox ciddi qan itkisi ilə gedən xəstəliklər varsa, bu zaman kəskin fazada peyvəndlər vurulmur.
E. Rəhimov qeyd edib ki, ürək qüsuru olan uşaqlara da peyvənd vurula bilər: “Ana südü, peyvənd uşaqlar üçün vacib amillərdəndir”.