Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Bəs hərbi geyimdən kimlər istifadə edə bilər?
Məsələ barədə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri üzrə köməkçisi Şirin İsmayılov “Xəzər Xəbər”ə danışıb.
O bildirib ki, “Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.