Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (21.01.22, saat 09:30).
AAYDA-dan verilən məlumata görə, “ZƏFƏR” yolunda yağıntı yoxdur, marşrut boyu 4-10 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 12-13 dərəcə, Murovdağ yüksəkliyində 19-23 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: yağıntı yoxdur, Xınalıq kəndi ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.
Giləzi – Xızı: yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.
Qobustan-Şamaxı: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.
Şamaxı – Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı – Ağsu, Muğanlı-İsmayıllı: yağıntı yoxdur, marşrut boyu 8-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.