BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanın hər biri vətəndaşı – həm xadiməsi, həm də dövlət məmuru bizim üçün doğmadır”

“Rütbəsindən və vəzifəsindən asılı olmayaraq hərbidə xidmət edənlərin hər biri bizim üçün əzizdir. Onlar vətənin keşiyində durur, sərhədlərimizi qoruyur, xidməti vəzifələrini layiqincə yerinə yetirirlərsə, onlar hər biri bizim üçün əziz olmalıdır. Kimin necə münasibət göstərməsindən asılı olmayaraq, biz onlara hörmətlə yanaşmalı, diqqət göstərməliyik”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, rütbəsinə görə hərbçilər arasında fərq qoyanlar təkrar düşünməli və sözlərini redaktə etməlidirlər: “Biz evimizdə sakit oturduğumuz halda, onlar dövlətin, vətənin keşiyindədirlər. Əzab-əziyyət çəkir, çətinlik görürlər, amma borclarını yerinə yetirilər. Generalın öz yeri var, sıravi əsgərin öz yeri... İnsanları rütbələrə bölmək, onlara buna görə diqqət yetirmək yanlışdır. Kiminsə şəxsiyyətinə toxunan sözlər demək ümumiyyətlə qəbuledilməzdir. Hansı xidmətdə çalışmasından asılı olmayaraq insan şəxsiyyətinə toxunmaq olmaz. Azərbaycanın hər biri vətəndaşı – həm xadiməsi, həm də dövlət məmuru bizim üçün doğmadır”.

 

Nəzrin Cavid

Tarix: 21 Yanvar 2022, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin