“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” təsdiq edilib.
Pravda.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etsinlər.
Qərara əsasən, mobillik planı hazırlanarkən aşağıdakılar nəzərdə tutulmalıdır:
- ümumi istifadədə olan nəqliyyatın inkişafının prioritet olaraq müəyyənləşdirilməsi və əhalinin nəqliyyata əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
- ictimai sərnişin nəqliyyatının ən yaxın dayanacaqlarına qədər piyada gediş məsafəsinin müəyyənləşdirilməsi;
- ümumi istifadədə olan nəqliyyatın cəlbediciliyinin artırılması və ya qorunub saxlanılması məqsədilə gediş-gəliş üçün vaxt sərfinin azaldılması istiqamətinə dair tədbirlər;
- ümumi istifadədə olan nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar və taksilər) keçidlərin və şəhər ərazisində ümumi istifadədə olan nəqliyyatın təşkilinin nəqliyyat mübadilə mərkəzlərindən planlaşdırılması;
- ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolaqları;
- müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun olaraq optimallaşdırılması;
- şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarının, taksi duracaqlarının və parklanma yerlərinin optimallaşdırılması;
- ümumşəhər mərkəzində, mövcud yaşayış, sənaye və istirahət zonalarının mərkəzlərində və gündəlik istifadə olunan ticarət, məişət və digər növ xidmət sahələrinin fəaliyyət göstərdiyi ərazilərdə bu Qaydada nəzərdə tutulan piyada infrastrukturunun və velosiped yollarının təşkilinin və əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
- nəqliyyat vasitələrinin və piyadaların hərəkət təhlükəsizliyinin nəqliyyat axınının nizamlanması vasitələrindən və xüsusi texniki avadanlıqlardan istifadə edilməklə təmin olunmasına dair tədbirlər;
- fövqəladə hallar və təcili xidmətlər üçün nəqliyyat idarəetmə tədbirləri;