Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

BŞTİ-nin rəsmisi tənqidlərə cavab verdi: "Müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib"

810
Paylaş:
BŞTİ-nin rəsmisi tənqidlərə cavab verdi:     "Müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 165 nömrəli məktəbdə baş verənlərlə bağlı tənqidlərə cavab verib.


BŞTİ-nin rəsmisinin mövqeyini olduğu kimi təqdim edirik:


"Cəmiyyətin bir parçası olan, müəllimi də, şagirdi də, direktoru da cəmiyyətin üzvlərindən ibarət olan məktəbdə baş verən hadisələrə ictimai maraq təbiidir. Bununla belə bir daha 165 nömrəli məktəbin bir neçə şagirdinin uyğun olmayan hərəkətlərini əks etdirən videogörüntü ilə bağlı görülmüş tədbirlərə aydınlıq gətirməyin lazımlı olduğunu düşündüm.


Hər birinizin fikrinə hörmətlə yanaşıram. Ancaq məlumdur ki, müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Həmin görüntülərdən çıxan ilk nəticə budur ki, müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib. Uşaqların davranışı qəbulolunan deyil. Ancaq müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır. Ən kritik məqamda direktor müavini, direktor məlumatlandırılmalı, birgə tədbirlər görülməlidir. Uşaqlarla məktəb rəhbərliyi söhbət apara bilər, digər prosedur tədbirlər görülər, valideynlər dəvət olunar və s.


Ancaq təəssüf ki, müəllim sinfi idarə etmir, bununla da uşaqlara lazımsız hərəkətlər üçün imkan vermiş olurdu. Uşaqlar haqqında da tədbirlər görülüb, valideyn və şagirdlərin izahatları alınıb, uşaqlar üzrxahlıq edib. Həmçinin həmin məktəblilər polis tərəfindən müvafiq profilaktiki tədbirlər görülməsi üçün nəzarətə götürülüb".

Paylaş:

Ən son xəbərlər