“Ağdaş rayonunun Abad kəndində hər hansı virus yayılmayıb. Buna görə də təşvişə düşmək lazım deyil”.
Cavid Osmanov: “Ağdaş rayonunun Abad kəndində hər hansı virus yayılmayıb”
Bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri, V çağırış Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, əslində, baş verənlər təqdim edildiyi kimi də deyil: “Bu mövsüm xəstəliklərin, o cümlədən də qripin yayılan vaxtıdır. Ona görə Azərbaycanın bütün rayonlarında olduğu kimi Ağdaşda da profilaktik tədbirlər görülür. Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub. 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb. 1 uşaqda da şəkərli diabet xəstəliyinin olması müəyyənləşib. Şükürlər olsun, Azərbaycanda nə koronavirus, nə quş qripi, nə də digər viruslar yayılıb. Ona görə də təşvişə düşmək lazım deyil. Hər şey qaydasındadır. Rayon rəhbərliyi tərəfindən bütün tədbirlər görülür”.