Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

MSK 4 seçki məntəqəsinin nəticələrini ləğv etdi - QƏRAR

972
Paylaş:
MSK 4 seçki məntəqəsinin nəticələrini ləğv etdi -     QƏRAR

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.

Pravda.az-ın xəbərinə görə, MSK üzvü İlham Məmmədov bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları  təsdiqini tapmayıb. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”.

İ. Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb: “Görüntülərdə mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik”.APA

Paylaş:

Ən son xəbərlər