“Mən seçkidən qalib, çıxmışam, niyə istefa verməliyəm ki? Bəzi rəqiblər söyüşlər, təhqir səsləndirdilər. Bizim tərəfdən bu cür hallara yol verilməyib. Tapşırmışam ki, mənə seçkidə rəqib olan Kamran Əsədovla bağlı kimsə bir söz yazmasın”.
Pravda.az-ın xəbərinə görə, bunu Xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa lider namizəd Sabir Rüstəmxanlı “Azadlıq radiosu”na müsahibəsində deyib.
“Barəmizdə təhqiramiz ifadələr yazanlar var. Biri yazıb ki, utanmasan, Sabir Rüstəmxanlı olmağa nə var?! Bu nə deməkdir? Sabir Rüstəmxanlı olub nə etmişik ki? Bunu dünənki uşaq deyir... Ona demək lazımdır ki, sən kimsən, Sabir Rüstəmxanlını tanıyırsan, keçdiyi yolu bilirsən, bir kitabını oxumusanmı? Bunları kimlər öyrədir salır ortaya? Hələ başqa şeylər də deyirlər: Bu dünyanı sənə dar edəcəyik... Kim mənə bu dünyanı dar edə bilər? Əsəbləşmirəm. Əsəbləşsəm, onların hər birinə cavab verərəm. Amma sakitcə ötürəm keçir... Bütün bunlar hamısı toplanılır, deyilənlərin hansı hüquqa ziddirsə, hansında təhqir və şəxsiyyəti aşağılamaq faktı varsa, məhkəməyə veriləcək”- S.Rüstəmxanlı qeyd edib.