"Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir. Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır. 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir ".
Bunu Təhsil tələbə fondunun icraçı direktoru Araz Paşayev deyib. Onun sözlərinə görə, indiki qaydalarla sırf ödənişli əsaslarla əyani tədris alan tələbələr təhsil kreditlərindən yararlana bilərlər. İcraçı direktor qeyd edib ki, artıq təhsil tələbə krediti üçün müraciət edən 2 minə yaxın şəxsə müsbət cavab verilib. Tədbirdə yaz semestri üzrə təhsil krediti üçün müraciət tarixi də açıqlanıb.
Ötən ilin noyabrın 25-dən bu günə qədər təhsil tələbə krediti ilə bağlı sistemə 5000 müraciət daxil olub. Bunu təhsil tələbə krediti fondunun icraçi direktoru Araz Paşayev deyib. Onun sözlərinə görə, artıq 2 minə yaxın tələbənin təhsil haqqı ali məktəblərə ödənilib. Müxtəlif səbəblərə görə, 420 tələbənin müraciəti təsdiq olunmayıb. İcraçı direktor qeyd edib ki, tələbələrə gələcəkdə digər xərclərin ödənilməsi üçün də kreditlərin verilməsi nəzərdə tutulur.