İran koronavirus burulğanına düşüb. İran beynəlxalq televiziyasının məlumatına görə, bu gün qonşu ölkədə 7 nəfər vurisa görə həyatını itirib. Ölənlərin ümumi sayı 9-a çatıb.
Pravda.az-ın xəbərinə görə, İraq qonşusu ilə sərhədləri bağlamaq qərarına gəlib. Hələ də koronavirus qeydə alınmadığı bu dövlət təhlükəni sovuşdurmaq üçün belə yola əl atıb. Bundan başqa, İrana təyyarə uçuşları da ləğv edilib.