Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ukraynada kriminal avtoritet stomatoloji kresloda güllələndi

1 220
Paylaş:
Ukraynada kriminal avtoritet stomatoloji kresloda güllələndi

Ukraynanın Prikarpatya şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları “Suxoy İqor” ləqəbi ilə tanınan kriminal avtoritet İqor Dutkanın qatilini axtarır.

“Suxoy İqor” Yaremçe kurort şəhərində diş həkiminin qəbulunda olarkən stomatoloji kresloda güllələnib.

Cinayətlə bağlı məlumatı hüquq-mühafizə orqnalarına diş həkimi bildirib. Həkim naməlum şəxsin onun tibb kabinetinə qaçaraq pasiyenti dəfələrlə güllələdiyini, bundan sonra isə qaçdığını bildirib. Kriminal avtoritetə tibbi yardım göstərilərkən dünyasını dəyişib.

Polis hadisənin baş vermə şəraitini araşdırır.

Qafqazinfo

Paylaş:

Ən son xəbərlər