Fevralın 19-da saat 10:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.

Pravda.az xəbər verir ki, qruma rəhbər olaraq kənd təsərrüfatı naziri İnam Kərimovun namizədliyi irəli sürüləcək. 

Məlumata görə, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərov yenidən bu posta sahib olmaq üçün namizəd olmayacaq. 

32gun.az