BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni: “Toy Milli Məclis deyil çıxıb hər həs danışsın”

Müğənni Vüqar Muradov toy mərasimlərində çıxışlara yer verilməməsini təklif edib.

 

Pravda.az-ın xəbərinə görə, V.Muradov deyib ki, toy mərasiminin çox hissəsi danışıqlara gedir: “Əziz valideynlər, övladlarınızın toyunun bərbad səviyyədə keçməyini istəmirsizsə, heç kimə söz verməyin, toyun ən az 3 saatı danışıqlara gedir. Toy Milli Məclis deyil ki çıxıb hər həs danışsın... Bu, toydur, insanlar istirahət etsinlər və bəyəndikləri mahnı ilə də rəqs etsinlər. Məntiqsiz  adət  ənənəyə son qoyun. Toydan sonra videoya baxıb peşiman olmayasız deyə dedim...”

Tarix: 21 Noyabr 2019, 23:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin