Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai İkinci Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəzənfər Baxışovun müraciətinə baxılıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
R. İbrahimov bildirib ki, şikayət edən namizəd dairə üzrə bütün məntəqələrdə səsvermənin nəticələrini mübahisələndirib.
Araşdırma zamanı məlum olub ki, seçki günü namizədin nə özü, nə də müşahidəçiləri məntəqələrdə müşahidə aparıb.
MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
MSK Mixail Zabelinin dairəsi ilə bağlı qərar verdi
Qeyd: Həmin seçki dairəsinin lider namizədi Mixail Zabelindir