Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.