Martın 6-da saat 11:00-da Ukraynanın paytaxtı Kiyev şəhərindən Türkiyənin İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır.
Bu barədə Pravda.az-a Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev məlumat verib.
Bildirib ki, Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və İdarə Heyətinin üzvü Oleq Krapivin tərəfindən ödəniləcək.