“Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur”.
“Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir” - MSK sədri
Pravda.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.