Latviya Seyminin (parlamentinin) deputatı, qanunvericilik məclisində hüquq komissiyasına rəhbərlik edən Yuris Yuraşs Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə gedib.
Bu barədə Latviyanın ədliyyə naziri, eləcə də Ukraynaya gedən siyasətçinin üzvü olduğu Yeni Mühafizəkarlar Partiyasının lideri Yanis Bordans məlumat verib.
"Təsdiq edə bilərəm ki, Yuraşs könüllü olaraq Ukrayna ərazisini müdafiə etməyə gedib”, - deyə nazir bildirib.