"AXCP sədri Əli Kərimlinin öz trolları vasitəsi ilə məni ən ağır formada təhqir etmələrini görürəm. Çox təəssüf edirəm ki, baş verənlərin mahiyyətini anlamayan bir çoxları da bu prosesə qoşulub".
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov susmasının səbəbini də açıqlayıb: "Bu günlər ərzində susmağımı geri çəkilmək, qorxmaq kimi dəyərləndirməyin. Mübarizənin nə olduğunu bilən və onu sona qədər aparmağı bacaranam. Qoy bir az da tərbiyələrini, ailə əxlaqlarını nümayiş etdirsinlər. Həmin çıxışımı edəndə bunların hamısının olacağını gözləyirdim. Sadəcə bəzi ağzıgöyçəklər kimi mənim qorxacağım bir şey yoxdur. Həm də belələrindən fərqli olaraq heç vaxt məqam gözləməmişəm, intriqalardan öz xeyrimə yararlanmaq istəməmişəm. Hələ ki, susmağımın bir səbəbi də çıxışımda Əli Kərimlinin və dəstəsinin kim olduğunu məndən də yaxşı bilən, mənimlə görüşlərdə daim bu qarayaradan danışan onlarla ziyalı saydığım şəxslərin, ictimai aktivlərin, çıxışımda göstərdiyim faktların canlı şahidlərinin mövqeyini gözləyirəm".
Aslan İsmayılov: "Əli Kərimlinin trolları məni ən ağır formada təhqir edirlər"