"Rusiya Ukraynaya hücum etməyib və başqa ölkələrə hücum etməyi planlaşdırmır".
Pravda.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna və Türkiyənin xarici işlər nazirləri Dmitri Kuleba və Mövlud Çavuşoğlu ilə danışıqların yekununda deyib.
"Biz başqa ölkələrə hücum etməyi planlaşdırmırıq. Biz Ukraynaya da hücum etməmişik. Ukrayna ilə bağlı vəziyyəti biz dəfələrlə izah etmişik. Elə bir vəziyyət formalaşdırıblar ki, guya biz başqa ölkələrə də hücum etmək niyyətindəyik. Rusiyanın təhlükəsizliyinə birbaşa təhdidlər var" - Lavrov bildirib.
Leyla