Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xarici şirkətlər Rusiyanı tərk edir

887
Paylaş:
Xarici şirkətlər Rusiyanı tərk edir

“Hazırda 209 şirkət Rusiya Federasiyasını tamamilə tərk edib”.

Pravda.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı bildirib.

Kuleba vurğulayıb ki, Rusiya Federasiyasında işləmək reputasiyaya zərbədir: “Rusiya iqtisadiyyatı sürətlə çökür. Şirkətlər kapitallarının çöküşünü görməmək üçün indidən qaçmağa çalışırlar. Bu günə olan məlumata görə, 209 şirkət Rusiya bazarını tamamilə tərk edib. Eyni zamanda, 378 şirkət işlərini qismən məhdudlaşdırıb. Rusiyanı hələ də tərk etməyən iri şirkətlərə bir daha Rusiya bazarını mümkün qədər tez tərk etməyə, digər ölkələri və istehlakçıları Rusiyada fəaliyyətini dayandırana qədər bu şirkətləri boykot etməyə çağırıram".

Leyla

Paylaş:

Ən son xəbərlər