Xəbər verdiyimiz kimi, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırıb.
İlon Maskın çağırışına Çeçenistan rəhbəri Ramzan Kadırov münasibət bildirib və Putini müdafiə edib.
Kadırov İlon Maskı “Maska İlona” adlandırıb və Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi təklif edib:
“Çox fərqli çəki dərəcələri var. Rinqin bir tərəfində biznesmen, digər tərəfində isə dünya siyasətçisi, strateq, Qərbin və ABŞ-ın tufanı. Maskın nəvazişkar İlonadan qəddar İlonaya çevrilməsi üçün “nasos” lazımdır. O, bununla bağlı Çeçenistanın bir neçə mərkəzində təlim keçməlidir”.
İlon Maskın cavabı isə çox gecikməyib: